Azərbaycanlı tələbələr İtaliyada aksiya keçiriblər - FOTO

Azərbaycanlı tələbələr İtaliyada aksiya keçiriblər - FOTO

28-02-2019 20:48 / Bu xəbər 2382 dəfə oxundu

Fevralın 26-da İtaliyanın Boloniya Universitetində oxuyan Azərbaycanlı tələbələr "Xocalıya ədalət", "Qarabağ bizimdir" şüarı ilə aksiya keçiiblər. 

Bu barədə Arqument.Az-a azərbaycanlı tələbə Nərmin İsrafil məlumat verib.

O bildirib ki, aksiyanın məqsədi "Xocalı həqiqətləri"ni dünyaya çatdırmaq olub: "Vətənimizdə baş verən erməni vəhşiliyini dünyaya çatdırmağı azərbaycanlı tələbələr olaraq özümüzə borc bildik. "Xocalıya ədalət", "Qarabağ bizimdir", "Torpaqlarımızdan rədd olun" şüarları altında keçirdiyimiz aksiya ilə az da olsa, şəhər əhalisinin diqqətinə çatdıra bildik".

Nərmin İsrafil deyib ki, aksiya iştirakçıları şəhər sakinlərinə Xocalı hadisələrindən bəhs edən bukletlər də paylayıblar: "Ətrafda olan və maraqlanan insanlara Xocalı soyqırımı haqqında öncədən hazırladığımız bukletləri italyan və ingilis dillərində payladıq. Bütün iştirak edən uşaqlara, aksiyada əməyi keçən hər kəsə təşəkkür edirəm. Raufla məni tək qoymadıqları üçün xüsusilə minnətdaram. Biz birlikdə güclüyük".

Aksiyanın təşkilatçıları Nərmin İsrafil və Rauf İsmayılovdur.
 
Aksiyada azərbaycanlı tələbələr - Taleh Nəcəfli, Tamerlan İbrahimzadə, Şəfiqə Babayeva, Heydər İsmayıllı, Elvin Mehdiyev, Cavanşir Bayramov, Vüsal Bağırov, Emil Nəzərli və Nicat Yaqublu iştirak ediblər. 
 
Aksiyanın təşkilatçılarından olan Nərmin İsrafil Müsavat Partiyası Divanının üzvü İkram İsrafilin qızıdır. 

Arqument.Az