Azərbaycanlı tələbələr Sakaryada toplanır
25-01-2014 15:19 / Bu xəbər 915 dəfə oxundu
Oktyabrın 30-da Türkiyənin Sakarya Unverisitetində oxuyan azərbaycanlı tələbələrin yaratdığı Sakariya Universiteti Azərbaycanlı Tələbələr Birliyi (SaÜ Azərbaycan Öyrənci Topluluğu) Müstəqillik günü ilə bağlı böyük konfrans keçirəcək.
Birliyin başqan yardımçısı Qurban Qurbanlı Arqument.Az-a bildirib ki, Sakarya Unveristedi rektoru Müzəffər Elmas, millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki baş konsulunun müşaviri Nəcibə Nəsibova, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar, pro,dr. Haluk Selvi və "Azeder" başqanı Rəşad Abdullayev və digər tanınmış şəxslər konfransa qatılacaq, çıxışlar edəcəklər.
Həmçinin Sakarya Bələdiyə başqanı Zeki Toçoğlu və Sakarya valisi Hüseyin Avni Coşun da qonaq qismində tədbirdə iştirakı gözlənilir.
Arqument.Az












