Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi

Azərbaycanla Qətər arasında viza rejimi ləğv edildi

24-01-2022 13:37 / Bu xəbər 858 dəfə oxundu

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Sənədə əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiq edilib.

Saziş 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanıb.