Azərbaycanlı alim mühacirətdə vəfat etdi
03-04-2022 20:49 / Bu xəbər 2351 dəfə oxundu
Azərbaycan Milli Hərəkatının öncüllərindən biri, professor Arif Rəhimoğlu İsveçdə vəfat edib.
Bu barədə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər məlumat yayıb.
Arif Rəhimoğlu 1955-ci ildə Naxçıvanda doğulub. Xalq Hərəkatı dönəmində Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.
O, 20 kitab və 250-dək elmi məqalənin müəllifidir.
Arif Rəhimoğlu 2003-cü ildə İsveçə mühacirət edib, yaşadığı Yöteburq şəhərində dünyasını dəyişib.












