Azərbaycanlı diplomat Avropa şirkətində yüksək vəzifəyə təyin olunub

Azərbaycanlı diplomat Avropa şirkətində yüksək vəzifəyə təyin olunub

25-10-2024 23:01 / Bu xəbər 631 dəfə oxundu

Çexiyanın silah şirkəti "AKM Group-CZ”  Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyini təsis edib.

"Bizim.Media" xəbər verir ki, diplomat Azər Xudiyev yeni yaradılan nümayəndəliyin rəhbəri təyin edilib.

"AKM Group-CZ” tanınmış qlobal istehsalçılarla hərbi və ikili təyinatlı malların satışı üzrə xüsusi müqavilələr imzalayıb. 

Şirkət zenit artilleriyası, atıcı silahlar, zirehli texnika, döyüş sursatları da daxil olmaqla 110-dan çox məhsulun satışı ilə məşğuldur. 

"AKM Group-CZ” 27 ölkə ilə əməkdaşlıq təcrübəsinə malikdir. Şirkətlə Ukrayna arasında əməkdaşlıq çərçivəsində zenit raketləri, iriçaplı pulemyotlar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla, yeni silah və sursat növlərinin sınaqdan keçirilməsi istiqamətində birgə zavodların yaradılması nəzərdə tutulur.

Azər Xudiyev "AKM Group-CZ”nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyinin açılması ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, hazırda nümayəndəliyin əsas missiyası Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsidir: "Çünki biz ölkənin bütövlüyünü, müstəqilliyini və təhlükəsizliyini qorumağın nə qədər vacib olduğunu başa düşürük. Biz komandamızın təcrübəsi və səyləri ilə Ukrayna Müdafiə Qüvvələrinin döyüş meydanında daha güclü və daha effektiv olmasına kömək etmək istəyirik”.

Azər Xudiyev uzun müddət Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 

O, Ukrayna Maliyyə nazirinin müşaviri və Ukrayna Maliyyə Nazirliyi yanında Maliyyə İdarəetmə Akademiyasının vitse-prezidentidir.