Azərbaycanlı futbolçu vəfat etdi

Azərbaycanlı futbolçu vəfat etdi

14-12-2020 14:25 / Bu xəbər 724 dəfə oxundu

Azərbaycanın veteran futbolçusu Elbrus Abbasov vəfat edib.

Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. 

Onun sözlərinə görə, 70 yaşlı sabiq hücumçu koronavirusdan dünyasını dəyişib.

Son vaxtlaradək Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi oyunlara təinat aıb. 

"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq hücumçusu işğaldan azad olunmuş Ağdam şəhərində noyabrın 28-də səfərdə olub. 

Koronavirus xəstəliyi üzə çıxdıqdan sonra E.Abbasov elə doğma rayonunda müalicə alıb. 

Lakin vəziyyəti pisləşdiyi üçün veteran futbolçu Bakıya gətirilib və "Yeni klinika"ya yerləşdirilib.