Azərbaycanlı iş adamı Türkiyədə tapançadan açılan atəş nəticəsində ölüb

Azərbaycanlı iş adamı Türkiyədə tapançadan açılan atəş nəticəsində ölüb

26-03-2021 16:55 / Bu xəbər 863 dəfə oxundu

Türkiyədə azərbaycanlı iş adamı Nihad Əliyevin ölməsi barədə xəbər yayılıb.

Hadisə dünən axşam saatlarında İstanbulun Beşiktaş səmtindəki otellərin birində baş verib.
 
Unikal.org hadisənin ehtiyatsızlıqdan baş verdiyi yazıb.
 
Bildirilir ki, N.Əliyevin ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsindən dəyib. 
 
Ağır yaralanan N.Əliyev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 

Nihad Əliyevin SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dayısı oğlu və SOCAR Trading-in qurucularından biri olan Anar Əliyevin qardaşı olduğu bildirilir.