Azərbaycanlı jurnalist Ukraynada vəfat edib
29-03-2024 13:20 / Bu xəbər 724 dəfə oxundu
Ürəyində problem olduğu bildirilir
Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli vəfat edib.
Onun ürək tutmasından həyatını itirdiyi bildirilir.
İdrak Camalbəyli "Amerikanın səsi” radiosunun əməkdaşı olub.
Ölümü ilə bağlı yaxınları, dostları sosial şəbəkələrdə məlumat paylaşıb.
İdrak Camalbəyli Rusiya-Ukrayna müharibəsinin qızğın getdiyi bölgələrdən reportajlar hazırlayırdı.
O, 48 yaşında, Kiyevdə ürəktutmasından ölüb.
Onun daha öncə ürək əməliyyatı olunduğu da bildirilir.