Azərbaycanlı mühacirlər TİB-i təsis etdilər

Azərbaycanlı mühacirlər TİB-i təsis etdilər

20-09-2021 10:05 / Bu xəbər 834 dəfə oxundu

Sentyabrın 18-də Almaniyada Təhsil və İnkişaf Birliyinin (TİB) təqdimat tədbiri keçirilib. 

Bu barədə Xeberinfo.de-ə Birliyin sədri Rüfət Xüdaverdiyev məlumat verib.

Birlik Azərbaycanda yaşayan aztəminatlı ailələrin istedadlı uşaqlarının təhsil almalarına dəstək məqsədilə yaradılıb, R.Xudaverdiyev bildirib.

Tədbirdə TİB-in əsasnaməsi 5 il müddəti üçün təsdiq edilib, görüləcək işlər haqqında məlumat verilib.

Tədbirin qeyri-rəsmi hissəsi çay süfrəsində davam edib.