Azərbaycanın hərbi qulluqçusu şəhid olub

Azərbaycanın hərbi qulluqçusu şəhid olub

15-02-2020 18:23 / Bu xəbər 1052 dəfə oxundu

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Bu məlumatı Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü bəyan edib.