“Azəriqaz”ın baş direktorunun müavini ölümlə nəticələnən ağır qəza törətdi

“Azəriqaz”ın baş direktorunun müavini ölümlə nəticələnən ağır qəza törətdi

13-01-2025 16:14 / Bu xəbər 94 dəfə oxundu

Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan şəxsin  "Azəriqaz” İstehsalat Birliyinin baş direktorun müşaviri Nail Abdullayevin olması barədə xəbərlər yayılıb.

Xəbəri "Hürriyət" qəzeti yayıb. 

Bildirilir ki, hökumətyönlü mediada qəzanı törədən şəxsin kimliyi öncə gizlədilib, hadisənin məhz "vətəndaş Abdullayev Nail Fuad oğlunun” törətdiyi vurğulanıb. 

" Axı insan ölümüylə nəticələnən qəzanı "Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini törədib", - deyə qəzet yazıb. 

Bəs qəzanı törədən Nail Abdullayev kimdir? 

Məlumata görə, Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyatın Tənzimlənməsi” bakalavr təhsili, Bahçeşehir Universitetində "Biznesin idarə edilməsi” (MBA) üzrə isə magistr təhsili alıb.

O, 2013-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Daha sonra  "Azəriqaz” İstehsalat Birliyinin baş direktorun müşaviri təyin edilib. Nail Abdullayev ötən ilin ortalarından "Azəriqaz”da baş direktorun müavini vəzifəsində çalışır.

Hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi "Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.