"Azərişıq" Biləsuvarda "beton yeyir" - Sakinlər etiraz edir
10-07-2024 12:08 / Bu xəbər 661 dəfə oxundu
"Azərişıq" ASC-nin Biləsuvarın Aşağı Cürəli kəndində gördürdüyü işlər narazılıq yaradıb.
Bu barədə kənd sakini Qoşqar İmanov sosial mediada yazıb.
İmanov "Arqument.az"a deyib ki, "Azərişıq" təmir işlərini hansı şirkətə verib, amma şirkət çox təhlükəli iş görür.
O, elektrik dirəklərinin çox keyfiyyətsiz basdırıldığını deyib.
"Bünövrəsində betondan əsər-əlamət olmayan bu dirəklərdə yüksək gərginlik keçəcək. Sabah bu dirəklər aşıb yoldan keçən insanların həyatına təhlükə törədəcək. Necə ki, 2 gün öncə biri aşıb qaz sayğacıma zərər vurdu. Gəlin baxış keçirin, yeyintiyə göz yummayın. Təbii ki, o yeyintiyə şərik deyilsinizsə", - deyə o qeyd edib.
Qoşqar İmanov yerə basdırılan elektrik dirəklərinin videogörüntüsünü də təqdim edib. Sakin deyir ki, ötən gün basdırılan dirək yıxılıb və onun sayğacını qırıb. Detalları videogörüntüdən izləyin: