"Azərişıq" keçmiş baş həkimin şirkətinə 2 milyonluq tender verdi

27-02-2021 00:22 / Bu xəbər 3137 dəfə oxundu

24 fevralda "Azərişıq" ASC mobil tətbiqi dəstəkləyən kart oxuyucuların satınalınması ilə bağlı müsabiqəyə yekun vurub. 

Valyuta.Az xəbər verir ki, 2 milyon 65 min manat məbləğində olan tenderin qalibi "Merkaba-Soft" MMC-dir.
 
Tenderin şərtlərinə görə, "Azərişıq" ASC-yə 100 min ədəd smart kart oxuyucusu satılacaq.

300 manatlıq nizamnamə kapitalına malik "Merkaba-Soft" MMC 21.06.2019 tarixində yaradılıb. 

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev 119, m. 8, qanuni təmsilçisi isə Yüzasif Qara oğlu Kərimovdur.

Şirkətin fəaliyyəti ilə internet resurslarında heç bir məlumata rast gəlmək mümkün deyil. Eləcə də dövlət satınalmalarında iştirak etməsi ilə bağlı da hər hansı bir informasiya yoxdur. 

Şirkətin qanuni təmsilçisi Yüzasiq Kərimov Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimi, Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin sabiq üzvüdür.