"Azərsun" bütün qiymətləri qaldırdı

05-10-2016 15:29 / Bu xəbər 2326 dəfə oxundu

"Azersun Holding ” bu bazar günləri ərəfəsində satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim edib. 

Bu barədə yerli supermarketlərdən birinin sahibi söyləyib. 

Hazırda məhsulların piştaxtalarda və kassa aparatında yazılan qiymətləri dəyişdirilir.

"Azərsunun demək olar ki bütün malları yeni qiymətlə gəlib. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb”.

Dəyəri artan əsas ərzaq məhsullarının siyahısını təqdim edirik:

– duz;
– un;
– kərə yağı;
– düyü;
– şəkər;
– qənd;
– süd məhsulları.

azadliq.info