İlham Əliyev “Azərtac”ın rəhbərini vəzifəsindən azad etdi

20-11-2022 00:49 / Bu xəbər 539 dəfə oxundu
Prezident sərəncam imzalayıb
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev noyabrın 19-da sərəncam imzalayıb.
Aslan Aslanov 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub.
O, 1975-ci il – Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1975-1992-ci illərlə müxtəlif qəzetlərdə, o cümlədən "Kommunist” qəzetində çalışan Aslan Aslanov 1992-ci ildən "Azərtac”da müxbir kimi işə başlayıb, sonra baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb.
2002-ci ilin oktyabrında "Azərtac”ın baş direktoru təyin olunub.
2018-ci ildə agentliyin İdarə Heyətinin sədri təyin edilib.
Aslan Aslanov 3-cü dərəcəli "Vətənə xidmətə görə”, "Şöhrət” və Rusiyanın "Dostluq” ordeni ilə təlif olunub.