"Aznet" istifadəçilərini internetsiz qoydu: texniki nasazlığın olduğu deyilir
01-04-2024 20:18 / Bu xəbər 1205 dəfə oxundu
İstifadəçilər isə şirkəti istehlakçı hüquqlarını pozmada günahlandırırlar
Azərbaycanda fəaliyyət göstərən "Aznet" İnternet Provayderi gün ərzində fəaliyyət göstərməyib.
İstifadəçilər "Arqument.az"a deyiblər ki, günün birinci yarısında internetləri kəsilib.
Şirkətdən isə onlara bildiriblər ki, sistemdə yenilənmə gedir və 1 saata internet bərpa olunacaq, ancaq günün sonuna yaxın hələ də internet bərpa edilməyib.
Abunəçilər deyirlər ki, texniki problem yaransa da, şirkət bu barədə olnlara heç bir məlumat verməyib, yalnız özləri maraqlandıqdan sonra onlara texniki nasazlığın olduğu deyilib. Bu məlumat isə provayderin "Votsap"ında verilib.
Provayderin "*8113" "qaynar xətt" nömrəsi isə ümumiyyətlə işləməyib.
İstifadəçilər hesab edirlər ki, bununla da "Aznet" İnternet Provayderi onların istehlakçı hüquqlarını pozub.
Ölkədə internet monoplistlərindən olan "Aznet" İnternet Provayderi rəsmi səhifəsində müasir telekommunikasiya xidmətləri və yüksək standartlara cavab verən internet provayder olduğunu yazır.
"AZnet Technologies" QSC hazırda Azərbaycanın bir çox bölgələrində - Bakı və Abşeron yarımadasında, respublikanin müxtəlif yerlərində və xüsusi olaraq Qarabağda fəaliyyət göstərir və istifadəçilərə Fiber Optik (GPON) xətlərlə təmin olunan sürətli internet, Statik IP, IP Telefoniya, VLAN, Data Port, LİF və AİK xidmətlər təklif etdiyini qyud edir.
Lakin görünür ki, xidmətin rəsmi səhifəsində qeyd olunan "müasir telekommunikasiya xidmətləri və yüksək standartlar" yalnız sözdə əksini tapıb.
Yeri gəlmişkən, "AZnet Technologies" QSC-dən isə "Arqument.az"a da bildiriblər ki, problem texniki nasazlıq və yenilənmə ilə bağlıdır.