Bakı İnsan Hüquqları Klubu təsis edilib

Bakı İnsan Hüquqları Klubu təsis edilib

18-06-2020 15:31 / Bu xəbər 1732 dəfə oxundu

2020-ci ilin may ayında vəkil Cavad Cavadov və hüquq müdafiəçisi Rəsul Cəfərov tərəfindən yeni qeyri-hökumət təşkilatı – Bakı İnsan Hüquqları Klubu (BİHK) İctimai Birliyi təsis edilib. 

Bu barədə Arqument.az-a BİHK-dən məlumat verilib.

Məlumata görə, təşkilatın əsas məqsədi Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə yardım göstərməkdən ibarətdir. 

Hazırda birliyə üzvlərin seçilməsi prosesi davam edir. 

BİHK fəaliyyətini şəffaflıq və açıqlıq prinsipləri əsasında qurduğundan və ölkə qanunvericiliyi çərçivəsində daha səmərəli fəaliyyət göstərməkdə maraqlı olduğundan dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət edilib. 

"Əvvəlki təcrübələr nəzərə alınmaqla peşəkar şəkildə hazırlanmış sənədlər iyunun 1-də nazirliyə daxil olub. BİHK ölkə Konstitusiyası və qanunlarında, o cümlədən Azərbaycanın qoşulduğu beynəlxalq-hüquqi sənədlərdə, xüsusən də Avropa İnsan Hüquqları Konvensiyasında təsbit edilmiş birləşmək azadlığı hüququnun təmin edilərək təşkilatın qeydiyyata alınacağına inanır.  BHİK öz fəaliyyətini ölkə qanunları əsasında müvafiq dövlət qurumları ilə qarşılıqlı müzakirə və kommunikasiya şəraitində qurmaqla mövcud problemlərin həllinə töhfə vermək niyyətindədir", - məlumatda deyilir.