Bakı metrosunun vaqonları Rusiyadan 1,3 milyon dollara alınıb

Bakı metrosunun vaqonları Rusiyadan 1,3 milyon dollara alınıb

26-08-2019 23:13 / Bu xəbər 1297 dəfə oxundu

Azərbaycan Rusiyadan dəmir yolu vaqonlarını bir milyon 356 918 dollara alır. 

Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarət əməliyyatları ilə bağlı yarım illik hesabatına istinadən Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cəmi ilk yarım ildə Rusiya Azərbaycana 10 xarici elektrik enerjisi mənbəyi ilə işləyən mühərrikli dəmiryolu sərnişin vaqonu satıb. 

Maraqlıdır ki, 2018-ci ildə Azərbaycan Rusiyadan eyni sinifdən olan bir o qədər vaqonu daha yüksək qiymətə alıb: birini 1 mln. 456 624 dollara.
 
abzas.org