Bakı-Tbilisi-Qars dəmir yolu nə vaxt istifadəyə veriləcək?

Bakı-Tbilisi-Qars dəmir yolu nə vaxt istifadəyə veriləcək?

19-01-2014 13:34 / Bu xəbər 3849 dəfə oxundu

Türkiyənin nəqliyyat naziri Lütfi Əlvan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə veriləcəyi vaxtı açıqlayıb. 

Nazir Əlvan Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin suallarını cavablandırıb.  

Sürətli qatar xətləri ilə bağlı məlumat verən Əlvan, Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən də danışıb.  

İşlərin davam etdiyini bildirən nazir, "Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün 440 milyon dollar xərcləndiyini bildirib. 

Nazir həmçinin 2015-ci ilin sonuna qədər layihənin tamamlanacağını açıqlayıb.(Avropa.info)

Arqument.az