Bakcell abunəçilərini necə aldadır? - Mobil operatordan yeni fırıldaq...

Bakcell abunəçilərini necə aldadır? - Mobil operatordan yeni fırıldaq...

23-06-2015 00:10 / Bu xəbər 4492 dəfə oxundu

Azərbaycanda mobil operatorların müştəriləri aldatması artıq ənənəvi hal alıb. Bununla bağlı uzun müddətdir ki, mediada məlumatlar yayılır, tənqidi fikirlər səsləndirilir. 

Arqument.Az xəbər verir ki, ənənəvi olaraq, abonentlərini müxtəlif problemlərlə üz-üzə qoyan Bakcell yenə də abunəçilərini aldatmaqla məşğuldur.

Belə ki, mobil operator "yeni nəsil yüksəksürətli" Sür@ Data Kart adlandırdığı internet paketini müxtəlif yollarla abunəçilərinə sırıyır, amma təklif edilən xidmət zamanı saxtakarlığa yol verilir, yəni Data Kartlardan istifadə edən abunəçilər internetdən istifadə etməkdə əziyyət çəkirlər. Bir sözlə, istifadəçilər bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulan "YENİ nəsil limitsiz Sür@ İnternetindən" nəninki  faydalana bilir, əksinə internetə həsrət qalıblar. 

Qeyd edək ki, Bakcell-in rəsmi saytında bu data kartlarla bağlı reklam xarakterli bir sıra şərtlər açıqlansa da, mobil operatorun reallıqda təklif etdiyi internet biabırçı durumdadır. 
Öncə gəlin şirkətin açıqladığı qaydalara diqqət yetirək:  

"Bundan sonra bütün Bakcell abunəçiləri YENİ nəsil limitsiz Sür@ İnternetindən faydalana biləcəklər. 

Bakcell bütün abunəçilərinə Sür@ Data Kart və yüksəksürətli mobil İnternet təklif edir. SİM-kartınızı USB modeminə (Data Kart) salıb onu kompüterinizə, noutbukunuza və ya hər hansı digər daşınar cihaza USB port vasitəsilə qoşun və harada olduğunuzdan asılı olmayaraq – evdə, yolda, işdə gündə 24 saat, həftədə 7 gün ərzində yüksəksürətli mobil İnternetdən yararlanın. 

•    Yüksək sürətli simsiz İnternet – Bakcell şəbəkəsinin olduğu hər bir yerdə Sür@ İnterneti hər an, hər yerdə Sizinlədir.

•    Hər istifadə olunan MB üçün ödənişə ehtiyac yoxdur

•    Sür@-li qoşulma – Sür@ Data Kartını əldə edin və elə həmin an, heç bir mütəxəssis gözləmədən  İnternetə qoşulun.

•    Qoşulmada rahatlıq — modemin quraşdurulması olduqda rahatdır. SİM kartı modemə daxil etdikdən sonra, modemi kompüterə qoşun və proqram təminatı özü avtomatik olaraq yüklənəcək!

•    DataKart bütün əməliyyat sistemləri ilə istifadə oluna bilər: Windows XP, Vista, 7, 8, OSX. Modemin interfeysi Azərbaycan, İngilis və Rus dilindədir. 

•    Sür@ — Modem 3G və GSM/EDGE şəbəkəsində işləyir. Məlumat ötürmə sürəti 3G şəbəkəsində 21 Mbit/s qədərdir.

•    Xidmətlərin ödənilməsi — Mobil İnternet üçün xidmət haqqının ödənişini mobil rabitə üçün ödədiyiniz kimi həyata keçirə bilərsiniz.

İnternetdə istənilən fəaliyyət üçün yararlıdır: elektron poçtunuzu yoxlayın, İnternetdə videolara baxın, çat vo sosial şəbəkələrdə ünsiyyətdə olun, istədiyiniz mahnıları yükləyin və s. 

 Siz həmçinin Data Kartınızı müstəqil surətdə aktivləşdirib müxtəlif İnternet paketlərini əldə edə bilərsiniz: 

•    Sür@ Data Kartınızı aktivləşdirmək üçün star134hashcall yığın

•    3GB trafik ilə aylıq internet paketini aktivləşdirmək üçün star134hash3000hashcall yığın. 

•    Aylıq limitsiz İnternet paketini əldə etmək üçün star134hash7000hashcall yığın.  

•    Sürətin azalmasından qabaq mövcud trafik həcmini öyrənmək üçün  star134star559hashcall yığın. 

•    Paketi yeniləyib yüksək sürətli internetdən istifadənizi davam etdirmək üçün star134star555hashcall yığın və ya modemin interfeysindən istifadə edin. 

* Bu təklif yalnız öncədən ödəmə sistemi üzərində qurulmuş tariflər üçün yararlıdır. İnternetin keyfiyyətli istifadəsini təmin etmək məqsədi ilə ədalətli istifadə siyasəti tətbiq edilir. Trafik həcmi müəyyən həddə çatdıqda İnternetə qoşulma sürəti 64 kbit/s qədər enəcək.

Aylıq 9 AZN olan limitsiz Sür@ İnternet paketini əldə etmək üçün  star134star7000hashcall yığın". 

Maraqlıdır ki, Bakcell-in göstərdiyi təklif etdiyi xidmət abunəçiyə göstərdiyi xidmətlə kəsin ziddiyyət təşkil edir. Belə ki, bir müddət öncə 9 AZN olan limitsiz Sür@ İnternet paketi bir aya yaxın aktiv olsa da, indi göstərilən sürət bir ancaq bir həftə və ya 10 gün yetərli olur və 64 kbit/s qədər enir. Bundan başqa, əvvəllər Data Karta kontur yüklənəndə abunəçi əməliyyatın qeydiyyat alnması, balans və paketin aktivləşməsi barədə xəbərdarlıq mesajı alırdı. Ancaq on bir ayda sözügedən mobil operator SMS-lərə qadağa qoyub. Bu da fırıldaqçılıq etməsi üçün tam şərait yaradır. Bakcell abunəçisi nə balansı, nə də sürət paketinin aktivləşməsi ilə bağlı məlumat ala bilmir. Operatorun "Müştəri xidməti" isə sorğulara başdansovdu cavab verməklə, müştəriləri ətraflı məlumatlandırmır. 

Bir neçə gün öncə, abunəçinin Bakcell-in müştəri xidmətlərinə elektron sorğu göndərib: 

Datakartın balansında 5.72 AZN olduğu halda, sürət aşağı düşür və internetə girişimiz çətinləşir. Bir ayda iki dəfə kontur yükləmək məcburiyyətində qalırıq. Əvvəllər bir dəfə yükləyib indikindən çox istifadə etdiyimiz halda, bir ay yetərli olurdu. Son iki ayda hər 15 gündən bir kontur yükləyirik. Düşünürəm ki, bu süni problemdir. Çünki ağır proqramlardan istifadə etmir, videoya da girmirik. Bakcellin müştəri xidmətləri - operatorla isə əlaqə saxlaya bilmirik. Xahiş edirik problemə aydınıq gətirəsiniz". 

Kifayət qədər aydın verilən suallara və sorğuya mobil operatordan isə yazılı olaraq belə cavab verilib: "Hörmətli abunəçi, istifadə etdiyiniz nömrədəki internet paketinin sürəti 7GB-lıq istifadə həcmini keçdikdən sonra 64 Kb/s-yə enir. Bu cür hallarda həmin sürət limiti ilə davam etmək istəmirsinizsə, balansınızı artıraraq paketi yeniləməniz zəruridir. İstifadə ilə bağlı məlumatı isə izahlı qaimə əldə edərək dəqiqləşdirə bilərsiniz".

"7GB-lıq istifadə həcmini keçdikdən sonra 64 Kb/s-yə enir" fikri artıq mobil operatorun ənənəvi cavabına çevrilib. Amma aydın görünür ki, müştəri problemin nədən qaynaqlandığını soruşur, istədiyi cavabı ala bilmir. Baxmayaraq ki, 9 AZN-lik limitsiz Sür@ İnternet paketi bira ay ərzində aktiv olur, amma sürət bilərəkdən aşağı salınır. Bu da abunəçinin internetdən istfadəsini mümkünsüz edir. 

Qeyd edək ki, son bir ayda eyni problemlə mobil telefonlardan istifadə edənlər də qarşılaşır. Abunəçilərin verdiyi məlumata görə, yaxın günlərdə Bakcell-in bu fırıldaqlarına qarşı xüsusi kampaniya təşkil edəcəklər. Mövzunu davam etdirəcəyik. Bizi izləyin. 

Arqument.Az