Bakıda 26 yaşlı qadın öldü: TƏBİB "pnevmoniyadır" dedi
29-02-2020 16:50 / Bu xəbər 1677 dəfə oxundu
Bakıda 26 yaşlı qadınının pnevmoniyadan dünyasını dəyişdiyi deyilir.
TƏBİB-dən APA-ya verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxana çatdırılıb: "Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxial pnevmoniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz təxminən 10 gündən sonra məlum olacaq".
Qeyd edək ki, hadisə barədə ilk məlumatı unikal.org yayıb.












