Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu

17-12-2017 22:29 / Bu xəbər 1938 dəfə oxundu

"Yeni Yasamal" MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb.

Virtualaz.org , şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir.
 
Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı deyilir.