Bakıda şirkətə CV verən tələbə qızdan belə geyinməsini tələb etdilər - FOTO

Bakıda şirkətə CV verən tələbə qızdan belə geyinməsini tələb etdilər - FOTO

20-06-2019 11:16 / Bu xəbər 1169 dəfə oxundu

Bakıda avtomobil servis şirkəti iş üçün müraciət edən xanımdan tələb etdiyi ətək ölçüsü ilə sosial şəbəkədə müzakirəyə səbəb olub.

Məlumatı jurnalist Xədicə İsmayıl paylaşıb. 

O qeyd edib ki, universitet məzunu iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. 

Ona "Mayson Car Club” adlı avto-servis məktub yazaraq şəkillərini istəyib.

Bundan başqa, şirkət ona "dress-code” göndərib. Həmin "dress-code”a əsasən ancaq qısa ətəkli xanımlar işə götürülür.