Bakıda yarım milyonluq maşının sürücüsü saxlanlıb, polis sərxoş olduğunu deyir

Bakıda yarım milyonluq maşının sürücüsü saxlanlıb, polis sərxoş olduğunu deyir

20-07-2019 08:09 / Bu xəbər 769 dəfə oxundu

Dövlət Yol Polisinin gecə saatlarında davam edən reydi zamanı (saat 22:00) Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Mayback" markalı avtomobil saxlanılıb.

Məlumata görə, avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb.

"Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müayinəyə dəvət edib. Müayinə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu aşkarlanıb. Sürücü YPX əməkdaşlarına Rusiyada ticarətlə məşğul olduğunu və Azərbaycana qonaq gəldiyini deyərək onu sərbəst buraxmalarını xahiş edib", - polisin açıqlamasında belə deyilir.

Xəbərdə deyilir ki, sürücü yol polislərinə pul da təklif edib: "Deyib ki, onun üçün avtomobilinin duracağa qoyulmasının problemi yoxdur. Çünki bundan başqa da maşınları var. Hətta onun buraxmaları üçün 20 manat pul da təklif edib. Lakin avtomobil duracağa qoyulub və sürücü barəsində toplanmış materiallar araşdırılması üçün aidiyyəti üzrə göndərilib".///Avtosfer.az