Bakıdakı dəbdəbəli toyun sahibi kimdir? - YENİLƏNİB

Bakıdakı dəbdəbəli toyun sahibi kimdir? - YENİLƏNİB

15-01-2018 19:43 / Bu xəbər 12656 dəfə oxundu

Yanvarın 13-də yerli və xarici məşhurların iştirak etdiyi dəbdəbəli toyun səbəbkarları məlum olub.  

"Böyük Saray”da keçirilən və Murad Boz, Fərhad Köçər, Leonid Aqutinin qatıldığı gecə sosial şəbəkələrdə geniş müzakirə olunub. 

Türkiyə mediası toyun sahibini azərbaycanlı iş adamı kimi təqdim edib.  

"Qafqazinfo” toyla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, toyun səbəbkarları Güləndam Əhmədzadə və Fərrux Həsənovdur. 

Onların valideynlərinin kimliyi ilə bağlı məlumat verilmir. Hətta, toya dəvət olunan məşhurlara bu barədə xəbərdarlıq edilib. 

Türkiyə mətbuatı Muradın Bakıdakı toydan aldığı qonorarın miqdarı barədə məlumat yayıb. Bildirilik ki, Boz azərbaycanlı iş adamından toyda iştrirak müqabilində 400 min dollar ( təxminən 700 min AZN) pul alıb. 

İddia olunub ki, pop ulduz Türkiyədən Azərbaycana özəl təyyarə ilə gəlib.  

***

Məlumata görə, bəyin atası Fərhad Həsənov Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayeva isə "Moskva" univermağının sahibəsidir. 

Həmçinin, gəlinin Qaxda tanınmış nəslin təmsilçisi olduğu bildirilir.

***

Toy sahiblərinin yaxınları "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildiriblər ki, türkiyəli sənətçilərin xəbərdə qeyd olunduğu kimi 400 min dollara toya dəvət olunmaqları yalandır. Əlavə edilib ki, bu qiymət dəfələrlə şişirdilmiş və qeyri-ciddi informasiyadır. Lakin onlar sənətçilərin hansı qiymətə toya dəvət edildiklərini açıqlamayıblar.