Bakıdan çıxış qaydaları yenidən sərtləşdirilir
28-08-2020 18:06 / Bu xəbər 2017 dəfə oxundu
DİN Baş Yol Polisi İdarəsi elan edib ki, karantin dövründə avtomobil sürcüləri tərəfindən törədilən sui-istifadənin qarşısını almaq zərurəti yaranıb.
Bu dəfə yol polisi karantin postlarından hətta "icaze.gov.az” portalında özünün və avtomoblinin qeydiyyatı, səfər üçün ezamiyyə sənədi olan şəxsləri də buraxmaq istəmirlər, təkcə ona görə ki, yol polisi kimlərisə pozucu sayır.
Yol polisnin məlumatında deyilir ki, "şənbə və bazar günləri fəaliyyət göstərməyən sahələrin əməkdaşlarını "icaze.gov.az” portalında qeydiyyatı olsa da postlardan buraxılmayacaqlar.
Polis belə fəaliyyətin sui-istifadələr olması ilə əsaslandırır. Belə ki istirahət günlərində Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan şəxslərin regionlara kütləvi ezamiyyələri olur.
turan.az












