Bakı Dövlət Universitetinin müəllimi metroda ölüb

Bakı Dövlət Universitetinin müəllimi metroda ölüb

09-12-2021 16:17 / Bu xəbər 2036 dəfə oxundu

Qatarda özünü pis hiss edən Əhməd Babayevin həyatını xilas etmək mümkün olmayıb

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Əhməd Babayev metroda vəfat edib. 

BDU-dan Meydan TV-yə bildiriblər ki, hadisə dekabrın 9-da, səhər saat 9 radələrində baş verib. 

Müəllim qatarda özünü pis hiss edib, onu platformaya çıxarıblar. 

Təcili yardım çağırılsa da, həyatın xilas etmək mümkün olmayıb. Onun ürəktutmasından öldüyü güman edilir.

Əhməd Babayev, Foto: BDU-nun rəsmi səhifəsi

Əhməd Babayev BDU-nun Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi idi. 

72 yaşlı dosent Əhməd Babayev 1978-ci ildən bu universitetdə çalışırdı.