Bakı Yerevanı COP29-a dəvət etdi
21-08-2024 15:27 / Bu xəbər 621 dəfə oxundu
COP29-da iştirak etmək üçün dünyanın bütün dövlət başçılarına dəvət göndərilib.
Bu barədə Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov "Anadolu” agentliyinə müsahibəsində deyib.
Elnur Soltanov bildirib ki, 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəyini təsdiqləyib.
"Bu rəqəmin artacağını gözləyirik. Ermənistan da dəvət olunub”, - o vurğulayıb.