Bakıda 13 yaşlı qız öldürüldü, anası yaralıdır

Bakıda 13 yaşlı qız öldürüldü, anası yaralıdır

02-02-2023 14:51 / Bu xəbər 820 dəfə oxundu

Qadının sevgilisi şübhəli şəxs qismində saxlanılıb

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində ana və azyaşlı qızı bıçaqlanıb. 

Hadisə fevralın 2-nə keçən gecə saat 1 radələrində baş verib.

1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun 13 yaşlı qızı Günay Şadatova kəsilmiş deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, Günay Şadatovanın həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, baş vermiş hadisəyə görə şübhəli şəxs kimi, bir nəfər saxlanılıb.

"Əfsanə Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”, – DİN-in mətbuat xidmətindən bildirilib.

Zaur Babayevin onun ünvanına səslənən ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi isə məlum deyil.