Bakıda avtobus aşıb, ölən və yaralananlar var

Bakıda avtobus aşıb, ölən və yaralananlar var

13-10-2021 13:29 / Bu xəbər 634 dəfə oxundu

21 nəfər xəstəxanalara çatdırılıb

Oktyabrın 12-də səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Mərdəkan istiqamətində hərəkətdə olan "99-DH-343” nömrə nişanlı "Mercedes" markalı yük avtomobili 171 saylı marşrut xətti üzrə hərəkət edən "10-TH-16” nömrə nişanlı sərnişin avtobusuna çırpılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin APA-ya açıqlamasına görə, 5 nəfər ölüb, hadisə yerinə 10 təcili yardım maşını cəlb olunub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının saat 9-da yaydığı məlumata görə, hadisə zamanı 21 nəfər xəsarət alıb. 

Onlardan 11-i kişi, 10-u qadındır.Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.

Ölənlərin kimliyi haqda hələlik məlumat verilmir.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. 

Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Yol-nəqliyyat hadisəsi
Mənbə: APA

Qəza nəticəsində aşmış avtobus
Mənbə: APA