Bakıda beton hasar uçub, bir hindistanlı ölüb, biri yaralanıb

Bakıda beton hasar uçub, bir hindistanlı ölüb, biri yaralanıb

14-01-2025 02:29 / Bu xəbər 90 dəfə oxundu

Hadisənin Abşeronda zavodda baş verdiyi bildirilir

Azərbaycanda fəhlə işləyən Hindistan vətəndaşlarından biri ölüb, biri isə xəsarət alıb.

Hadisə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsindəki zavodda baş verib.

Yanvarın 13-də səhər saat 08.00 radələrində qəsəbədə külək turbinləri quraşdırılarkən fəhlələrin üstünə beton hasar uçub.

Nəticədə hindistanlı fəhlələr ciddi xəsarət alıb.

Onlar Sumqayıtdakı xəstəxanaya çatdırılıb.

2003-cü il təvəllüdlü Harı Prakashinin həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralı – 1982-ci il təvəllüdlü Thattaru Padikkalın müalicəsi isə xəstəxanada davam edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma gedir: "Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır”.