Bakıda daha iki tibb işçisi koronavirusdan ölüb

Bakıda daha iki tibb işçisi koronavirusdan ölüb

11-12-2020 13:48 / Bu xəbər 609 dəfə oxundu

8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusdan vəfat edib.

Bu barədə dekabrın 11-də TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, hər iki tibb işçisi koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olub: "Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər. Dəyərli həkimlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk".