Bakıda iki gündə bank kartlarından oğurluq: 89 018 manat
08-07-2024 18:00 / Bu xəbər 666 dəfə oxundu
DİN vətəndaşları diqqətli olmağa çağırıb
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara kibercinayətkarlığa qarşı yenidən xəbərdarlıq edib.
DİN-in mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iyulun 6 və 7-də vətəndaşların bank kartlarından ümumilikdə 89 018 manat oğurlanıb: "Təhlükə var və davam edir. Hər kəs diqqətli olmalıdır, onlayn oğurluq halları sürətlə artmaqdadır. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. "WhatsApp”, "Telegram”, "Signal”, "Messenger” üzərindən naməlum şəxslərlə danışıqlardan hər bir şəxs çəkinməli, bank kart məlumatlarını başqa şəxslərə verməməlidir. Yalanlara inanmaq istəməyənlər dəqiqləşdirmə aparsınlar. Qeyri-iş günüdür, bankla əlaqə yarada bilmirsiniz, polisdən soruşun. Polis 24 saat suallara cavab verməyə hazırdır. DİN-in sosial şəbəkə platformaları fasiləsiz rejimdə çalışır”.
Elşad Hacıyevin sözlərinə görə, danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan saxta nömrələr vasitəsilə aparılır.
DİN-in daha öncə, 2024-cü il mayın 13-dən 22-dək olan müddətdə yaydığı rəqəmlərdə vətəndaşların bank kartlarından ümumilikdə 282.871 manat oğurlandığı bildirilirdi.