Bakıda iki nəfərin ölümünə səbəb olan tuneli hansı şirkət tikib?

Bakıda iki nəfərin ölümünə səbəb olan tuneli hansı şirkət tikib?

23-10-2024 01:08 / Bu xəbər 703 dəfə oxundu

Dünən iki nəfərin ölümünə səbəb olan Sabunçu tunelini "Körpü Bina Tikinti” şirkəti tikib. 

Jurnalist Arzu Abdulla bu barədə yazıb. 

O qeyd edib ki, şirkətin rəhbəri Xəlil Göyüşovdur. 

Sözügedən şirkət 2001-ci ildə təsis edilib və istər Bakıda, istərsə də bölgələrdə bir sıra milyonluq layihələrin icraçısı olub.

Maraqlıdır ki, bu şirkətin körpünü tikib başa çatdırdıqdan sonra dövlət qurumlarına təhvil verib. Amma görünür ki, körpünün tikintisində ciddi korrupsiya faktları olub. 

Şirkətin rəhbəri Xəlil Göyüşov

Yeri gəlmişkən, "Arqument.az" bir neçə il öncə (2019-cu il) körpüdə problemlərin olduğu, drenaj sisteminin normal qurulmadığı, həmin ərəfədə yağan yağıntılar zamanı körpüdən keçidin mümkünsüz olduğu barədə məlumat yaymışdı. Dövlət qurumları isə məlumatı təkzib edərək körpüdə drenaj sisteminin standartlara cavab verdiyini bildirmişdilər. 

Jurnalist Arzu Abdullaya gəlincə, o, tuneldə həlak olan şəxslərin fotogörüntülərini də təqdim edib. 

İkinci şəkildəki tuneldə yığılan yağış sularında boğulan Kürdəmir sakini Elnur Şirinovdur. 

O, Bakıdan Kürdəmirə çörək daşıyıb satırmış.

Üçüncü şəkildəki həmin tuneldə boğulan Laçın rayon sakini, 1995-ci il təvəllüdlü Köçəri Abbasovdur.
 
Onun da iki körpə övladığının olduğu bildirilir.