Bakıda keçilməz küçələr, batan yollar, ümidsiz sakinlər...

Bakıda keçilməz küçələr, batan yollar, ümidsiz sakinlər...

18-11-2022 13:23 / Bu xəbər 851 dəfə oxundu

Ramana qəsəbəsinin sakinləri yollların bərbad halda olmasından şikayətçidirlər.

Bu barədə sakinlər "Arqument.az"a məlumat veriblər.

"Sovxoz Ramana” adlanan ərazidə, Hüseyn Cavid küçəsində çəkilən görüntülər yağmurlu havalarda yolların keçilməz olduğunu göstərir.

Sakinlər bununla bağlı dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə, "Azəravtoyol" ASC-yə və yerli bələdiyyəyə müraciət etsələr də, problem həll olunmayıb, əksinə, illərdir ki, bu problem davam edir. 

Onların sözlərinə görə, payız-qış aylarında yolların keçilməzliyi avtomobillərin hərəkətinə mane olur, azyaşlı şagirdlərin məktəbə getməsinə əngəl yaradır.

XXI əsrdə ölkənin paytaxtında qaloş və çəkmədən istifadə edən sakinlər şəhərin başqa ərazilərinə getməkdə çətinlik çəkirlər. Küçədə isə hərəkət etmək demək olar ki, mümkünsüz olub. 

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə və "Azəravtoyol" ASC-yə müraciətlər isə cavabsız qalır.