Bakıda məcburi köçkünlərin binasında yanğın olub
21-03-2021 14:45 / Bu xəbər 1613 dəfə oxundu
Martın 21-də səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.
Hadisə Səttar Bəhlulzadə küçəsindəki beşmərtəbəli binada olub.
Binada məcburi köçkünlər yaşayır.
Binanın yuxarı mərtəbəsində mənzillərdən biri tamamilə yanıb, digər iki mənzilə də ziyan dəyib.
Yanğın nəticəsində su borusunun partlaması aşağı mərtəbələrin islanmasına səbəb olub.
Nəticədə binada yaşayan məcburi köçkünlər evlərini tərk edib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəsarət alanın olmadığı bildirilir.















