Bakıda məhkəmə çəkişməsi: vətəndaş necə aldadıldığını açıqladı

Bakıda məhkəmə çəkişməsi: vətəndaş necə aldadıldığını açıqladı

06-07-2021 05:01 / Bu xəbər 5891 dəfə oxundu

İyulun 2-də "Arqument.az"da Bakı sakini Ağası Hüseynovun ökə başçısına ünvanladığı müraciət dərc edilib.

A. Hüseynov hazırda məhkəmə çəkişməsində olduğu Fuad İbrahimovu nazir müavininin qohumu kimi təqdim edərək onunla bağlı bəzi iddialar səsləndirib. 

Yazıda adıçəkilən şəxs - Fuad İbrahimov Ağası Hüseynovun iddialarına cavab verib.

O, "Arqument.az"a göndərdiyi müraciətdə qeyd edir ki, Hüseynovun səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir: "Hüseynov Ağası Hüseynağa oğlu mənə şər, böhtan atır, müraciəti də qərəzlidir. 2000-ci illərin axırlarından Hüseynov Ağası Hüseynağa oğlu və onun bacısının əri (yeznəsi) Axundov Fuad Namiq oğlunun əməllərindən əziyyət çəkirdim.

Fuad Axundov

Xüsusi qeyd etmək istərdim ki, Fuad Namiq oğlu Axundov  Azərbaycan  Beynəlxalq Bankının sabiq sədri olub. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycanda o dövrdə fəaliyyət göstərən "Almalı” Marketlərinin fəaliyyəti ilə bağlı Axundov Fuad Namiq oğlu, qaynı Hüseynov Ağası Hüseynağa oğlunun vasitəsi ilə, qohumluq əlaqələrindən və etibardan istifadə edərək onların biznesinin inkişafına köməklik etməyi xahiş edib. "Almalı” Marketlərinin Azərbaycanda açılması ideyasının müəllifi və yiyəsi Fuad Axundov olub. Borcun alınma səbəbi isə banklardan kredit ala bilmədikləri ilə bağlı olub. 
 

Ağası Hüseynov
 
Axundov Fuad Namiq oğlunu  nüfuzlu və etibarlı bir şəxs kimi tanıtdığım üçün onlara bu köməyi Hüseynov Ağası Hüseynağa oğlunun  vasitəsi ilə etdim. Verilmiş pulların 2 ay öncə istədiyim zaman qaytarılmasına vəd vermişdilər, lakin bir müddət sonra müəyyən olundu ki, "Almalı” Marketlər şəbəkəsi müflüsləşib. Ağası Hüseynov və Fuad Axundov vəziyyətlərinin ağır olmalarını bildirsələr də, mənim  pullarımın qaytarılmasına  söz verdilər. Məlumat üçün bildirim ki,  Axundov Fuad Namiq oğlu 2002-ci ildən Böyük Britaniyada yaşayır. Bundan sonra bəlli oldu ki, Ağası Hüseynovda ABŞ-a köçür. Borcla bağlı maraqlandım. Qeyd etdi ki, narahat olma, mən varam ortalıqda, sözümdən qaçmıram. Ağası Hüseynov sonuncu dəfə ABŞ-a yola düşməmişdən öncə özünü  "halal” insan kimi qələmə verərək  02.02.2016-cı il tarixdə 522413 saylı etibarnamə ilə mənə daşınar əmlakının idarə edilməsini həvalə etdi.
 

Etibarnamənin sürəti

Bu dövr ərzində Ağası Hüseynov yeznəsi Fuad Axundovla və bacısı Fərəh Axundova ilə mənə görə münasibətlərinin korlandığını dedi və məni buna inandırmağa çalışdı. Vaxtaşırı bununla bağlı mail-lər göndərirdi. Mən də səbrlə  pulların qaytarılmasını gözlədim. Bundan bir müddət sonra mətbuatda bu kimi məqalələr işıq üzü gördü. Məqalələrdən bəlli oldu ki, "Almalı” fırıldağı əsasında küllü miqdarda mənimsəmə mexanizmi həyata keçirilib. Məqalə əsasında və  öz araşdırmalarım nəticəsində bəlli oldu ki, bu müddət ərzində Axundov Fuad və Ağası Hüseynov heç də müflüsləşməmiş və aralarında gözəl qohumluq münasibətlərini davam etdirirlər.  Halbuki Ağası Hüseynov məni innandırmaq üçün yeznəsi Fuad Axundova özünün, anasının və s. qohumların sərt təziq etdikləri ilə bağlı kifayət qədər "mail"lər göndərirdi". 
 

Ağasının emailləri

Fuad İbrahimov daha sonra yazır: "Belə olduğu halda Ağası Hüseynovdan məsələyə aydınlıq gətirməyi və müddət gözləmədən borcların qaytarımasını tələb etdim. Ağası Hüseynov dərhal dəyişildi və ABŞ-dan gizli sifarişlə 02.02.2016-cı il tarixdə 522413 saylı mənə verdiyi daşınar əmlakının idarə edilməsinə dair Etibarnaməni ləğv elətdirdi.



Maraqlısı odur ki, etibarnaməni Ağası Hüseynovun tapşırığı və etibarnaməsi əsasında Azərbaycanda ləğv etdirən, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Paşayev İslam Teyyub oğlu olub.





Daha detallı araşdırmalardan bəlli oldu ki, Ağası Hüseynov etibardan istifadə etməklə vədlər verərək məndən aldığı vəsaitləri məhz İslam Paşayevin aravadının adına müqavilə ilə "Almalı” Market şəbəkələrinə faizlə yerləşdirib. Bu əməliyyatlara isə Fuad Axundovun digər tanışı "Alamalı” Ticarət Şəbəkəsinin icraşı direktoru, sabiq Sumqayıt Beynəlxalq Bankın sədri Rafael Hacıyev rəhbərlik edirdi. Məqalələrdən bəlli olduğu kimi, bu mütəşəkkil formada fəaliyyət göstərən dəstə qısa zamanda Azərbaycanda topdancı sahibkarlardan, istehsal müəssisələrindən və digər hüquqi və fiziki şəxslərdən istər nəğd vəsaitlə, istərsə əmtəə şəklində olmaqla borclanmaya gedərək özlərini süni müflüs elan ediblər. Beləliklə, bəlli oldu ki,  əldə etdikləri kifayət qədər vəsaiti bu yolla xaricə çıxarıblar. Xüsusi qeyd etmək istərdik ki, Fuad Namiq oğlu Axundov "Almalı” avantürasından bir qədər sonra  Rusiyanın "ROSATOM” korporasiyasının Türkiyədə "Akkuyu” layıhəsinə rəhbərlik etməyə başladı. Bu zaman isə Azərbaycanda "Almalı” layıhəsində itkilərlə üzləşmiş vətəndaşlar  "Almalı”nın əsl sahibinin axtarışında Rafayel Hacıyevin yaxasından yapışmışdılar. Burada da Fuad Namiq oğlu  Axundov vəzifəli  himayədarlarından istifadə edərək Rafayel Hacıyevi oyundan çıxarıb. Nə az, nə çox bu dəfə Rafayel Hacıyev "Akkuyu” layıhəsində bir başa öz patronu Fuad Axundovun yanına sığınıb.  


Əlbəttə ki, Fuad Axundovun  qaranlıq "təcrübəsi” bu işləri rahatlıqla həyata keçirməyə imkan verirdi. 2001-ci ildə Rəhmətlik Ulu Öndər Heydər Əliyevin ehibarına dönük çıxdığına görə   Azərbaycan Beynəlxalq Bankın sədri vəzifəsindən azad edilmiş Axundov müxtəlif  yollarla Böyük Britaniyaya sığına bilib.

Bütün bu faktları bir araya gətirərək, ən başlıcası isə Fuad Axundovun şəxsən mənə telefonla  "Pulu mənə verməmisən, Ağası Hüseynova vermisən ondan da istə” mesajından sonra və parallel olaraq Ağası Hüseynovun ABŞ-dan əsl dələduz əməllərini biruzə verərək "nə istəyirsən get elə” bildirməsi və mənimlə bütün əlaqələrini kəsməsi Məni Məhkəmə orqanlarına müraciət etməyə vadar etdi.

Bundan sonra sivil qaydada iki (2) ayrı-ayrı epizodla məhkəmə orqanlarına müraciət etdim. Hər iki epizod üzrə Ali Məhkəmə qərarları ilə haqlı iddialarım  təmin edildi. Hər ikisi 2018-ci ildə qanuni qüvvəyə minib. Məhkəməyə müraciət edən kimi Ağası Hüseynovun atası, vaxtı ilə 2-saylı Tibb Texnikomunun direktor müavini Hüseynağa Hüseynov və qaynatası XDMX-nin sabiq əməkdaşı, polkovnik Əfsələddin Zakirov ayrı-ayrılıqda qohumluq əlaqələrini yada salaraq məhkəmələrdən ərizələrimi geri götürməyi xahiş etdilər.
 

Əfsələddin Zakirovun mənzilimdə qeydə alınmış videosu
 
Eyni zamanda, qeyd etmək istərdim ki, videoda Əfsələddin Zakirovun istinad etdiyi Elçin adlı şəxs Ağası Hüseynovdur. Uşaqlıqdan Ağası ikinci ad kimi Elçin çağrılıb. Lakin bu cəhtləri alınmadığı halda sosial şəbəkələr və mətbuatda qərəzli yazılarla şərəf və ləyaqətin alçaldılması siyasətini rəhbər tutaraq təziqlərə başlamışdılar.
 
Bu halda da tərəfimizdən etik normalar rəhbər tutularaq, sivil qayda-qanun çərçivəsindən kənarlaşmadan bu qərəzli prosesdən şou yaradan və beləliklə də, Ağası Hüseynovun və ailəsinin məkirli niyyətlərinin qurbanına çevrilmiş və bu yazıları dərc etmiş saytlara qarşı  məhkəmə iddiası qaldırılmış və iddiamız təmin edilərək qanuni qüvvəyə minib. 

Qanuni qüvvəyə minmiş qərara əsasən Hüseynovlar ailəsinin bütün üzvləri Hüseynov Hüseynağa (ata), Hüseynov Ağası (Elçin), Məmmədova Sədaqət (ana), Hüseynova-Zakirova Nurlana(arvad) hərəsi 1000 manat cərimə edilmiş, dərc edilmiş məqalələrin təkzib verilməsi isə internet saytlarına tapşırılıb. Daha sonra Ağası Hüseynov şər, böhtan, həqiqətə uğun olmayan işgüzar nüfuza xələl yetirmək kampaniyasını öz arvadı Hüseynova-Zakirova Nurlana adından davam etdirdi. Bu halda da tərəfimizdən etik normalar çərçivəsində məhkəmə orqanlarına müraciət edildi. Bu halda da qarşı tərəf heç bir sübut və fakt təqdim edə bilməmişdilər. Növbəti qanuni qüvvəyə minmiş qərara əsasən Hüseynov Ağasının arvadı  Hüseynova-Zakirova Nurlana növbəti dəfə 1000 manat cərimə edildi, dərc edilmiş məqalələrin təkzib verilməsi isə müvafiq mətbuat nümayəndəsinə tapşırıldı". 

"Xüsusi qeyd etmək istərdim ki, işgüzar nüfüzu, şərəf və ləyaqəti ləkələyən və alçaldan məlumatların məhkəmə qaydasında təkzib olunması üçün hər iki məhkəmə baxışlarında  iddialarımız məhkəmə-linqvistik ekspertizasına göndərilib. Beləliklə yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş Məhkəmə Qərarlarından sonra, borclu Ağası Hüseynov  dələduzluq əməllərinə sadiq qalaraq, Qərarların icrasına məhəl qoymamış, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrasından müxtəlif bəhanələrlə yayınıb. 1977-ci il təvəllüdlü Hüseynov Ağası  Hüseynağa  oğlu sonuncu dəfə 2016-cı ildə Azərbaycanı tərk edərək Tükiyə üzərindən ABŞ-a qaçmış  və orada məskunlaşıb. 

Hüseynov Ağası Hüseynağa oğlu 2016 cı ilin 02 sentyabr tarixində dövlət sərhəddini keçərək bu günə qədər geri qayıtmaması haqda arayış

Ağası Hüseynov ona məxsus bir çox daşınar əmlakın özgələşdirməsini həyata keçirib. Məhkəmə orqanlarının operativ müdaxiləsi nəticəsində Ağası Hüseynov ona  məxsus 192m2 sahəhəsi olan, yeni tikili, Şəfayət Mehtiyev küçəsi 1054-cü məhəllə, 60 saylı mənzili özgələşdirə bilməyib. Beləliklə, Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının icrasını qismən təmin etmək məqsədi ilə Yasamal Rayon İcra və Probasiya şöbəsi borcun qısmən ödənilməsi üçün sözü gedən mənzilə yönəldib. 

Hazırda Hüseynovlar ailəsi məhkəmə qərarlarının icrası ilə bağlı süni əngəllər yaradaraq, onlara məxsus yeganə evlərinin əllərindən alınması kimi cəfəng iddialar irəli sürürlər. Halbuki Ağası Hüseynov və ailəsi 2016-cı ildən Azərbaycan Respublikası ərazisində yaşamır və Bakı  şəhərində daimi qeydiyyat və yaşayış yeri olaraq Parlament pr., ev 6 (500), mən.86 ünvanında qeydiyyatdadır. Bununla yanaşı, həyat yoldaşı Hüseynova Nurlana Əfsələddin qızı Bakı şəhəri, Yasamal rayonu  Ş.Dadaşov küçəsi, ev  65, mənzil 76 ünvanında, atası Hüseynov Hüseynağa  Əbdülhüseyn oğlu  Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 1 mənzil 7 ünvanında, anası Məmmədova Sədaqət Arif qızı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, ev 78V, mənzil 140 ünvanında ünvanında mənzil sahibidirlər. Göründüyü kimi, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il № 55-IQ saylı Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən cavabdeh tərəfin bəhanə gətirdiyi istinadların heç bir huquqi əsası yoxdur. Eyni zamada, ailələrinə məxsus ABŞ-ın Florida ştatında, Türkiyənin Kuşadası və Antalya, Moskva şəhərində, İngiltərnin Vinçester şəhərində daşınmaz əmlakları var. Buraya Ağası Hüseynovun Florida ştatında evinin fotosu və 2016-cı ildə atasına hədiyyə etdiyi GRAND CHEROKEE avtomobilini Kuş Adasındakı evlərində hədiyyə etməsinin video görüntüsünü əlavə edirəm", - belə yazır Fuad İbrahimov.   



"Hazırda Ağası Hüseynov, atası Hüseynağa Hüseynov, həyat yoldaşı Nurlana Hüseynova-Zakirova müxtəlif sosial şəbəkələrdə ardı arası kəsilmədən guya bizim arxamızda nüfuzlu dövlət məmurunun olduğunu iddia  edərək şər və böhtan dolu əsassız yazılar  dərc etdirirlər.  Halbuki 2018-ci ildən qanuni qüvvəyə minmiş Ali Məhkənin qərarlarından 3 il keçməsinə baxmayaraq borclu Ağası Hüseynov tərəfindən 1 manat belə  ödənilməyib. Bununla yanaşı, 2(004)-4138/2018 saylı, 20.09.2018-ci il tarixli Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə, 2(004)-4960/2017 saylı, 05.12.2018-ci il tarixli Yasamal Rayon Məhkəməsinin hakimi Təhminə Xəlilova, 2(103)-2307/2019 saylı, 28.01.2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova, 8(004)-326/2019 saylı, 19.04.2019-cu il tarixli Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev, 2(004)-3554/2019 saylı, 25.07.2019-cu il tarixli Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədli, 8(103)-506/2019 saylı, 15.08.2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayev, 8(103)-657/2019 saylı, 04.11.2019-cu il tarixli Bakı Apelyasiya Məhkəməsinin hakimi Aidə Hüseyn, 8(103)-417/2020 saylı, 16.10.2020-ci l tarixli Bakı Apelyasiya Məhkəməsinin hakimi Şeyda Məhərrəmova, 2(102)-1044/2021 saylı, 04.02.2021-ci il tarixli Ali Məhkəmənin hakimi Aqil Abbasov və İD924805 saylı, 11.02.2021-ci il tarixli Ali Məhkəmənin hakimi Vüqar Həsənov tərəfindən çıxarılmış ümumi işin süründürülməsinə xidmət edən Qərarlar əsassız olaraq Ağası Hüseynovun xeyrinə verilib. Göründüyü kimi, bu işdə  hər hansısa nüfuzlu dövlət məmurunun bizim xeyrimizə çalışması cəfəngiyyatdan başqa bir şey deyil və Hüseynovlar ailəsinin məkirli simasını ortaya qoyur", - deyə Fuad İbrahimov qeyd edir.

O bildirib ki, Ağası Hüseynov və ailəsi artıq  ABŞ vətəndaşlarıdırlar. 

Ağası Hüseynovun oğlu Hüseynov Hüseyin Ağası oğlunun əldə etdiyimiz ABŞ vətəndaşı  pasportu əlavə edilir

Onun sözlərinə görə, hazırda Ağası Hüseynov ABŞ-da Florida ştatında sahibi olduğu avtomobil satışı mərkəzlərinin meneceri kimi fəaliyyət göstərir (http://buycarsone.com,  https://www.facebook.com/FROMUSA.AZ/?ref=page_internal,  https://www.fromusa.az/contacts.html)

Ağası Hüseynovun ABŞ ərazisində qeydiyyatı, gəliri, bank hesabı haqda məlumatları və ABŞ-dakı yaşayışını əks etdirən görüntüləri əlavə edirik

"Qeyd etmək istəyirəm ki,Ağası Hüseynovun adına olan heç bir daşınar daşınmaz əmlak bizə lazım deyil. Yalnız qanuni qüvvəyə minmiş Məhkəmə qərarları əsasında olan borcların qaytarılmasını tələb edirik. Lakin borclu Ağası Hüseynov fırıldaq əməllərinə sadiq qalaraq, sabiq Beynəlxalq Bankın sədri Fuad Axundovun məhkəmələrdə bizə məlum olmayan güclü dayaqlarından istifadə edərək işin yubadılamsına, icra olunmamasına və borclu Hüseynov Ağasının qanunvericiliklə icra xidməti tərəfindən borc əvəzinə yönəldilə biləcək yeganə əmlakının özgələşidirməsinə və satılaraq kapitalın Azərbaycandan çıxarılmasına köməklik göstərir. Bu işlərdə müxtəlif saxtakarlıqlara əl atırlar və intihar edəcəkləri ilə təhdid edirlər. Bu hərəkətlərdən biri də Ağası Hüseynovun və həyat yoldaşı Hüseynova-Zakirova Nurlananın Yasamal rayonunda qeydiyyatda  olduğu və 2016-cı ildən Azərbaycan ərazisində olmadıqları  halda Səbail rayonu məhkəməsinə müraciət edərək saxtalıqla boşanma yolu ilə sözü gedən mənzilin borclu Ağası Hüseynovun adından çıxarılaraq Nurlana Hüseynovanın adına keçirilməsi cəhdidir. Maraqlısı odur ki, Hüseynovlar saxta boşanma iddia arizəsində hər kəs üçün müqəddəs və toxunulmaz  hesab edilən özlərinin ailə dəyərlərini alçaltmaqdanda vaz keçməmişdilər. Beləliklə də, bu maxinasiya yolu ilə məhkəmə qərarlarının icrasından boyun qaçırmağa çalışırlar", - F. İbrahimov bildirib.

 
Yazıdakı fakt və iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.