Bakıda Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib
02-07-2024 18:58 / Bu xəbər 635 dəfə oxundu
29-30 iyun 2024 tarixlərində "Baku Flame Towers, Fairmont" hoteldə Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib.
Konqresin əsas məqsədi otorinolarinqologiyada burun estetik əməliyyatları, o cümlədən burun ətrafı ciblərin endoskopik sinus cərrahiyyəsi sahəsində olan ən yeni nailiyyətləri müzakirə etmək, xüsusilə gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir.
KonqresAzərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 20 DTT kredit balı ilə akkreditasiya olunub.
"Rinologiyanın inkişafına Dəstək və Azərbaycan Otorinolaringologiya” cəmiyyətlərinin birgə həyata keçirdiyi Konqresin elmi proqramı Rinologiyanın müxtəlif problemlərinə həsr olunub.
Konfransda rinoplastika, endoskopik sinus cərrahiyyəsi, buruna dolğu botoks prosedurlarının icrası, fəsadlaşmalar, fəsadlaşmalardan qaçınma yolları bütün incəliklərinə qədər ələ alınaraq müzakirə olunub.
Konqresin 1 -ci günü panel və məruzələrdən, 2 -ci günü isə həm məruzə, həm də canlı cərrahiyyədən -Rinoplastika (ErenTaştan) və Endoskopik Sinus Cərrahiyyəsi (Babür Küçük, Süha Beton) üzrə masterklassdan ibarət olub.
Konqresdə dünyaca məşhur professor Eren Taştanilk dəfə Azərbaycanda Rinoplastika fəlsəfəsi və canlı cərahiyyə kursu" verib. O, rinoplastika əməliyyatını bütün incəlikləri haqda çıxış edib və canlı əməliyyat, əməliyyat texnikaları əməliyyatxanadan birbaşa izlənilib.
Azərbaycanın təcrübəli həkimləri, həm də Türkiyənin məhşur universitet və klinikalarında tədris verən professor-müəllim heyəti tərəfindən həyata keçirilən konqresdə cərrah mütəxəssislər öz təcrübələrini, bilik və bacarıqlarını bölüşüblər.
Dermatokosmetoloq İlker Yörük və patoloqanatom professor Selçuk Tunalı burunda təhlükəli zonalar, dolğu botoks fəsadlaşmaları və s. məqamları bütün detallarıyla anladaraq masterklass verib.