Bakıda zibil qutusunda naməlum qadının meyiti tapılıb

Bakıda zibil qutusunda naməlum qadının meyiti tapılıb

27-01-2021 15:42 / Bu xəbər 484 dəfə oxundu

Prokurorluq hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib

Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsindəki zibil qutularında naməlum qadın meyiti tapılıb.

Nəsimi Rayon Prokurorluğunun yanvarın 27-də yaydığı məlumatda hadisə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlandığı, müvafiq ekspertizalar təyin edildiyi qeyd olunub.

Bildirilib ki, naməlum qadın meyiti 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə olub: "Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib".

"Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - məlumatda bildirilir.(meydan.tv)