“Bakının açarı” filminin qala-gecəsi keçirilib

“Bakının açarı” filminin qala-gecəsi keçirilib

25-11-2022 16:05 / Bu xəbər 918 dəfə oxundu

"Gənclik Mall”da yerləşən "CinemaPlus” premium kinoteatrında Azərbaycan Film Akademiyasının "Bakının açarı” detektiv filminin qala-gecəsi baş tutub.

Filmin ssenari müəllifi və rejissoru Zaur Tahirsoydur.

Baş rollarda Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli və Anar Əli çəkilib.

Filmdə xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarının rusların əlinə keçməsindən bəhs olunur. 

Açar ruslarda olsa da, yeraltı şəhərin yerini ancaq Bakının qoruyucuları bilir. 

Qoruyuculardan sonuncusu indiki dövrdə yaşayır və tarix müəllimi işləyir. 

O, şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığaraq, açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planını qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər.

Filmi "CinemaPlus”-ın kinoteatrlarda izləmək mümkündür.

Ülviyyə