Bakının bu rayonunda süpürgəçilərə daş daşıtdırırlar

Bakının bu rayonunda süpürgəçilərə daş daşıtdırırlar

19-05-2022 00:47 / Bu xəbər 2195 dəfə oxundu

Xətai rayonu Ukrayna dairəsində yerləşən Heydər Əliyev parkında Mənzil-Kommunal Təsərrüfatı Birliyi işçilərinin tamet (döşəmə daş) daşıdığını əks etdirən görüntülər yayılıb.

Bu barədə ictimai fəal Rəbiyyə Məmmədova sosial şəbəkə hesabında paylaşım edib.

"Xətai Rayon İcra Hakimiyyəti süpürgəçi qadınlara Ukrayna dairəsi Heydər Əliyev parkında "zibil yığırlar” adı altında kubik daşıtdırır”, - paylaşımda bildirlib.

Bu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xətai Rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirməyib. 

Həmin kadrları təqdim edirik: