Bakının baş zibildaşıyanının Avropada biznes üzə çıxıb

Bakının baş zibildaşıyanının Avropada biznes üzə çıxıb

20-09-2019 13:27 / Bu xəbər 802 dəfə oxundu

Uzun illər Bakı şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin direktoru işləyən Ramiz Verdiyevin oğlunun Avropada biznesi var. 

Jurnalist Cavanşir Həsənli araşdırıb ki, R.verdiyev xırda məmur olsa da, 2010-cu ildə Çexiyada 1987-ci il təvəllüdlü oğlu Anar Verdiyevin adına şirkət açıb.

"Yanlış düşünməyin, Praqanın zibillərini daşımır, şirkət mülklərin, mənzillərin kirayəsi və ticarət sahəsi ilə məşğuldur. 2010-cu ildə Praqada qeydiyyatdan keçmiş HAS VER SRO (Həsənov və Verdiyev soyadlarından götürülüb) şirkətinin sənədlərinə görə Anar Verdiyev Ramiz Verdiyevlə eyni ünvanda, Bakının Şamil Əzizbəyov 120 ünvanında qeydiyyatdadır. Şəriki isə Əhməd Həsənov adlı şəxsdir. Şirkəti 2018-ci ildən Verdiyevlərin ailə üzvü Günay Verdiyeva idarə edir. Ramiz Verdiyevin digər şirkəti isə Bakıdadır. "Şirin Dad" MMC Verdiyev Ramiz Qulam oğlunun adına qeydiyyatdan keçirilb".