Bakının məşhur otelində karantin belə pozuldu - VİDEO+FOTO

Bakının məşhur otelində karantin belə pozuldu - VİDEO+FOTO

05-07-2020 15:32 / Bu xəbər 2603 dəfə oxundu

Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə Bakı başda olmaqla 16 şəhər və rayonda xüsusi karantin rejiminin müddəti uzadılsa da, müəyyən qadağalar tətbiq edilsə də, paytaxtın mərkəzində buna əməl etməyənlər də var.

"Qafqazinfo" xəbər verir ki, iyulun 2-dən Nazirlər Kabineti Yanında Operativ Qərargah 16 şəhər və rayonda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılmasına dair qərarı rəsmən açıqlasa da, "Fairmont Baku" hoteli müştərilərinə çağırış edərək, "Həftəsonunu bizimlə birgə keçirin" müraciətini edib.

Virusun qarşısını alınması məqsədilə hotellərdə hovuz və restoranların fəaliyyəti qanunla qadağan olunsa da, "Fairmont Baku" buna əməl etməyib. Maraqlıdır ki, istirahət üçün hovuza üz tutanlar arasında tanınmış simalar da var.

Belə ki, aparıcı Mələk Heydərova da həmin məkana üz tutan şəxslər arasında olub. O, "Fairmont Baku"nun hovuzu kənarında çəkilmiş fotolarını şəxsi instaqram hesabında paylaşıb. Onun bu addımı heç də birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən açıq-aşkar aydın olur ki, istirahət üçün hotelə üz tutan şəxslər sosial məsafəyə əməl etməməklə öz həyatlarını riskə atmaqla yanaşı, virusun yayılması üçün böyük təhlükəyə səbəb olublar.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda koronavirusa yoluxanların gündəlik sayı 500-dən aşağı düşmür. Bunun nəticəsində əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say 5-ə endiriib. Bundan başqa son günlərdə xüsusi karantin rejiminin pozulmasına nəzarət gücləndirilib. Bunun nəticəsində kifayət qədər xüsusi karantin rejimini pozan şəxslər aşkar edilərək müvafiq qaydada məsuliyyətə cəlb olunublar.