"Baku Mall"da avtomobil uduldu - FOTOLAR

09-03-2016 16:30 / Bu xəbər 1544 dəfə oxundu

Baku Mall Ticarət və Əyləncə mərkəzində stimullaşdırıcı lotereya oyununa yekun vurulub. "Report" xəbər verir ki, noyabrın 28-dən etibarən keçirilən lotereyanın uduşları Baku Mall Ticarət və əyləncə mərkəzinidə möhtəşəm konsert proqramı ilə başlayıb və bütün hədiyyələr öz sahibini tapıb.

Belə ki, "8 marta hədiyyəniz var?” adlı kampaniyada uduşa qoyulan 120 dən çox hədiyyələr içərisində super priz "MAZDA 3" avtomobili də olub. Səhnəyə aparıcı tərəfindən qonaqlar arasından dəvət olunan Ağbilçəy adlı yaşlı qadın avtomobilin qalibini müəyyən etmək üçün lototrona əlini salıb və uduşun qalibini elan edən 1 ədəd lotereya biletini götürərək aparıcıya təqdim edib. Aparıcı isə öz növbəsində bu anı hərkəsə bildirmək üçün lotereya biletinin üzərində öncədən qeyd olunan müştərinin əlaqə nömrəsinə zəng edib və şad xəbəri qalib - Zamanlı Mətanət Kamal qızına bildirib. 

Bu kimi aksiayaları davamlı edəcəklərini bildirən Baku Mall ticarət və əyləncə mərkəzinin rəhbərliyi qalibləri təbrik edib və Baku Mall TƏM-ə gələn hər kəsə təşəkkürünü bildirib.

Arqument.az