Baku Medical Plazada əməliyyat olunan pasiyent vəfat edib
25-01-2021 12:36 / Bu xəbər 667 dəfə oxundu
Bakıda özəl klinikaların birində ölüm hadisəsi baş verib.
"Report”un xəbərinə görə, 1982-ci il təvəllüdlü Rəşad Mahmudov Baku Medical Plazada baş nahiyəsindən əməliyyat olunub.
Bildirilir ki, vəziyyəti ağır olan R.Mahmudov infrakt keçirərək dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.












