Balababa Rzayevə şiddətli töhmət verilib
06-10-2024 00:06 / Bu xəbər 656 dəfə oxundu
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.
Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, "Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
Balababa Rzayev 2018-ci il sentyabrın 4-dən "Azərenerji”nin Prezidentidir.