Balaca fidanların hekayələri nəşr olunub
05-05-2022 13:21 / Bu xəbər 2047 dəfə oxundu
Oğuz rayon Calut kənd orta məktəbinin müəllimi Günel İbrahimova bu dəfə də şagirdlər üçün kreativ bir addım atdığını deyir.
Bu barədə Arqument.az-a özü məlumat verib.
Müəllim bildirib ki, 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə aid yeni kitabça nəşr etdirib.
"Mən böyüyürəm, insanlar" adlı həmin kitabçada İbrahimovanın dərs dediyi 1-ci sinif şagirdlərinin hekayələri topalanıb.
20 tirajla nəşr edilən kitabça şagirdlərin vətənpərvərlik və digər mövzularda qələmə aldığı hekayələrdən ibarətdir.
Kitabın təqdimat mərasimi məktəbin akt zalında keçirilib.
Müəllim deyir ki, kitabça şagirdlərin və məktəb kollektivinin, həmçinin valideynlərin də marağına səbəb olub: "Bu, mənim tədris ilinin sonuna yaxın şagirdlərimə sürprizim idi".
Müəllim deyir ki, kitabça şagirdlərin və məktəb kollektivinin, həmçinin valideynlərin də marağına səbəb olub: "Bu, mənim tədris ilinin sonuna yaxın şagirdlərimə sürprizim idi".
G.İbrahimova deyir ki, bu, Azərbaycanda ilkdir: "Bunu ona görə etdik ki, şagirdlər - fidanlar böyüyəndən sonra yeni qədəm qoyduqları məktəb illərini belə yaradıcı xatirələrlə yadda saxlasınlar. Bunu həm də şagirdlərin yaradıcı düşüncəsini inkişaf etdirmək məqsədilə etdik".
















