Bağlanması gözlənilən banklara daha bir neçəsi əlavə olunur – SİYAHI+YENİLƏNİB

Bağlanması gözlənilən banklara daha bir neçəsi əlavə olunur   – SİYAHI+YENİLƏNİB

04-01-2015 10:20 / Bu xəbər 8954 dəfə oxundu

"Mərkəzi Bank bağlanacaq banklar haqda açıqlama verməlidir"

Bizimxeber.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətdən artıq 2 ay keçib. Belə ki, 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdıra bilməyən bank bazarı ya tərk edəcək, ya da digər banka birləşdiriləcəkdi.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında bildirib ki, əhalinin narahatlığını nəzərə alıb artıq Mərkəzi Bank rəsmi açıqlama verməlidir: “Mərkəzi Bank bağlanacaq banklar haqqında artıq açıqlama verməli idi. Çünki vaxt yanvarın 1-də başa çatıb və nizamnamə kapitalı 50 milyona çatdırıla bilməyən banklar faktiki olaraq ya bağlanmalı, ya da digər bir banka birləşməli idi.

Arada məlumat gəldi ki, 4-5-ə yaxın bank nimzamnamə kapitalını 50 milyon manata çatdıra bilməyib, hətta adları da mətbuatda getdi. Mərkəzi Bank isə hər hansı açıqlama vermədi. Bu, çox ciddi məsələdir. Çünki əhalinin banklarda kifayət qədər əmanətləri, kreditləri var. Buna görə də Mərkəzi Bank açıqlama verməyə borcludur. Əhaliyə məlumat çatdırılmalıdır ki, onlar da öz işlərini bilsinlər.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 milyona çatdırıla bilməyən banklar  bunlardır. “Zaminbank”, “Turanbank”, “Bank of Azerbaycan”, “Kredobank”, “Bank Avrasiya”, “Rabitəbank”, “Gəncəbank”, “Qafqaz İnkişaf Bankı”, “Bank Kredit United”, “Günaybank”, “Azəri-Türk Bank”.

Bağlanması gözlənilən banklar sırasına –  “AG Bank” və BTB Bank da əlavə oluna bilər. 

Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, bu banklarda nizamnamə kapitalı 50 milyona çatsa da, külli miqdarda yeyinti faktı var.  100 min manatlarla kreditin niyə aidiyyatı üzrə verilməməsi və nəticədə bu pulların niyə geri qaytarılmadığı araşdırılır.

“Zaminbank” ASC-nin Müşahidə Şurasının sədrinin müavini Orxan Quliyev Arqument.Az-a açıqlamasında bildirib ki, “Zaminbank” nizamnamə kapitalını 50 milyona çatdırıb: "Bankla bağlı bütün məlumatlar saytımızda var. Ona görə də bu məsələləri ya Mərkəzi Bankla, ya da bizimlə əlaqə saxlayıb dəqiqləşdirmək lazımdır. “Zaminbank”la bağlı iddialar həqiqətəuyğun deyil".  

Arqument.Az