"Banklarda pulların mənimsənilməsinin ağır nəticəsi..." - Ekspert

29-11-2016 23:20 / Bu xəbər 2622 dəfə oxundu

"Birinci növbədə burada adi inzibatçıdan deyil, müvəqqəti inzibatçıdan söhbət gedir. Müvəqqəti inzibatçı nədir? Müvəqqəti inzibatçı, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən problemli hesab edilən banka təyin edilən müvəqqəti bir şəxsdir, rəhbərdir. Tutaq ki, bu yaxınlarda bağlanan Bank Standart hələ bağlanmayıb amma Palata görür ki, bankın vəziyyəti pisləşib. Bu zaman Palata məhkəmə qərarı ilə bankınn rəhbərliyini və işçi heyətini vəzifədən kənarlaşdırır və oraya müvəqqəti inzibatçı təyin edir. Bunu da ona görə edir ki, bankı tam iflasa uğramaqdan qorusun. Biz bilirik ki, bu il 11 bank bağlanıb və əmanətçilər öz əmanətlərini itiriblər. Əmanətlərin Sığortalanma Fondunun sığorta etdiyi məbləği isə son nəticədə dövlət qaytarmalı olur. Bankın sahiblərinin, rəhbərlərinin bankı düzgün idarə etməməsinin, banklarda pulların mənimsənilməsinin və s. ağır nəticəsidir. Bunu da sonda dövlət və əhali çəkir. Ona görə də buna yol verməmək üçün Palata müvəqqəti inzibatçını təyin edir və ona səlahiyyət verir ki, son ki il ərzində bankın xeyrinə bağlanmayan müqaviləri 45 gün ərzində müəyyənləşdirib etibarsız hesab edə bilər”.
Картинки по запросу Əkrəm Həsənov arqument.az
Bunu Toplum Tv-yə hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov Parlamentdə "Banklar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflərə münasibət bildirərkən deyib. 

Ekspert təklif olnmuş bəndləri də şərh edərək hər bir təklifə ayrıca aydınlıq gətirib: 

"Birinci bənddə bankın əmlakının aşağı şərtlərlə özgəninkiləşdirilməsi qeyd olunur. Yəni tutaq ki, bankın bir binası olub və 5 milyon qiyməti olan binanı bank kiməsə 3 milyona satıb. Bankın pulu da əmanətçilərin puludur. Banka biz əmanət qoyuruq və bankın sahibləri də gəlib bir şəxsə deyirlər ki, bu 5 milyonluq binani sən bizdən 4.5 milyona al, amma biz müqavilədə 3 milyon göstərək. Həmin o 1.5 milyonu da bizə verərsən. Faktiki bankın əmlakını bankı idarə edən şəxslər əlindən alırlar və iflasa uğradırlar. Həmin inzibatçı bu müqaviləni etibarsız sayıb, binanı alan şəxsə deyəcək ki, qaytar o binanı. Həmin alqı-satqı haqqında qərar verən şəxslər də məhsuliyyətə cəlb olunacaq. Buna "bank özlərinindir, özləri bilər" yanaşması da doğru deyil, çünki belə olsa, onda gərək zavod, fabrik, super-marketi idarə edən şəxs istədiyi kimi idarə eləsin. Amma bankın maliyyəsi əmanətçilərin qoyduğu pul hesabınadır və bu yollarla pul çıxarılarsa, sabahısı gün bank olur bankrot və əmanətçilər itirir. Bunu da dövlət konpensasiya etməli olur. 

İkinci bənddə kredit müqavilələri ilə müştərilərə qeyri-adi güzəştlərin verilməsi vurğulanır. Tutaq ki, müvəqqəti inzibatçı müəyyən edir ki, bank bir şəxsə 5%-lə kredit verib və həmin şəxsin heç bir fəaliyyəti də yoxdur. Başqa heç kimə o güzəştlə kredit verməyən bank rəhbərliyi həmin şəxslə əlbir olub, o yolla pulu bankdan çıxarıb. Bu halda da inzibatçı müqaviləi etibarsız hesab edəcək və kredit alan şəxsi dövlət orqanları məhsuliyyətə cəlb edəcək. 

Üçüncü bənddə bank aktivlərinin ələ keçirilməsi məqsədi ilə bağlanılan müqavilələr nəzərdə tutulur. Yəni ki, bankın hər hansı əmlakı var və bank idarəçiləri onu hansısa yolla öz adlarına keçiriblər. 

Dördüncü bənddə deyilir ki, bəzi kreditorlara ehtiva və ya güzəştlər edən ərizələr olmalıdır. Burada isə nəzərdə tutulur ki, şəxs banka əmanət qoyub və bank ona ilə 30% ödəyib. Bu isə məlumdur ki, başqa heç kimə illik bu qədər faiz verməyən bank bu şəxs vasitəsi ilə pulu bankdan çıxardıb. Deməli, həmin əmanətdə etibarsız sayılacaq və şəxs bu yolla qazandığı faizi qaytarmalı olacaq. 

Beşinci bənddə isə aidiyyatı şəxslərlə qanunsuz, kreditorların maraqlarına təhlükə yaradan müqavilələrdən söhbət gedir. Bunlar elə bankı idarə edən şəxslərin qohumlarıdır, ailə üzvləridir. Tutaq ki, mən bank sahibinin qardaşıyam və hamıdan 15%-ə qəbul etdiyi əmanəti məndən 16%-ə qəbul ediblər. Burada dördüncü bəndlə fərq var. Çünki sıradan adamlardan 16%-lə əmanət qəbul etsələr, bu məsələ deyil, sadəcə qardaşı olduğuna görə ona xususi güzəşt ediblər. 

Altıncı bənddə isə bankın real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı məbləğdə müqavilələr bağlamaqla satınalma nəzərdə tululub. Yəni tutaq ki, bank özünə avtomobil alır. Qiyməti əslində 30.000 olan avtomobili bank alır 50.000-ə. Bu müqavilə də etibarsızdır və qiymətə avtomobili satan şəxs də artıq aldığı pulu qaytarmalı olacaq. 

Sonuncu bənd isə kredit təminatlarının dəyərinin şişirdilməsi ilə bağlıdır. Tutaq ki, mən gəlin bankdan 10 milyon kredit götürmüşəm və girovlar qoymuşam və yazılıb ki, oraya 10 milyon girov qoymuşam. Amma  məlum olur ki, əslində, 5 milyon girov qoymuşam, yəni məbləğ şişirdilib. Bu müqavilələr də etibarsız hesab ediləcək və bunu edən şəxslər də məhsuliyytə cəlb ediləcək. Nəticədə bu tədbirlər bank sistemini, əmanətçiləri qorumaq və dövləti qorumaq üçün edilən addımlardır və mən hesab edirəm ki, çox düzgün addımlardır, yəni Palata düzgün iş görür. Lakin bir məsələ var ki, bütün bu hallar illər boyu 25 ilə yaxındır mövcuddur. Banklara nəzarət edən Mərkəzi Bank da bunlara göz yumurdu. Əslində bank sistemiminiz də indi bu vəziyyətə düşməsinin  səbəbi bu kimi şeylərdir”. 

Ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, Mərkəzi Bankın yoxlama səlahiyyətləri indi Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib ki, onlar hüquqlardan istifadə etsinlər: "Müvəqqəti inzibatçı bankın borclarını və alacaqlarını müəyyən edir və doğru dürüst auditini apara bilsin. O inzibatçılar bəzən əvvəlki qanunlara, Mərkəzi Bankın təlabatına əsasən daha çox bankları səhmdarlardan asılı idi daha çox onlara böyük səlahiyyətlər verirdilər ki, bankın müvəqqəti idarə olunması ilə bağlı və ləğvetmə başa çatana qədər səlahiyyətləri daha yüksək olsun. Bu məqsədlər üçün səlahiyyəti artırıblar”.
Картинки по запросу Nazim Məmmədov
Qeyd edək ki, Ölkə parlamenti "Banklar haqqında” qanuna əlavə və dəyişikliklər etməyə hazırlaşır. APA-nın xəbərinə görə, qanun layihəsi ləğv olunan banklara təyin olunan müvəqqəti inzibatçıların hüquq və vəzifələri ilə bağlıdır. Təkliflərdə nəzərdə tutulur ki, təyin olunan müvəqqəti inzibatçı bankın bağladığı müqavilələrin şərtlərinin ədalətsiz və ya maliyyə təşkilatının xeyrinə olmadığını müəyyənləşdirdiyi təqdirdə onları etibarsız elan edə biləcək. Layihədə qeyd olunur ki, müvəqqəti inzibatçı 45 gün ərzində son 2 ildə bağlanmış müqavilələrə münasibətdə onları etibarsız saya bilər. Müvəqqəti inzibatçı həmçinin, etibarsız saydığı müqavilələr əsasında əldən çıxmış aktivlərin geri qaytarılması, banka dəyən zərərin ödənilməsindən ötrü tədbirlər də görəcək. Müqavilələr bankın əmlakının aşağı şərtlərlə özgəninkiləşdirilməsi, istifadəsi, müştərilərə qeyri-adi güzəştlərin verilməsi və bank aktivlərinin ələ keçirilməsi ilə bağlı olduqda etibarsız hesab ediləcək.

Gülzar Məmmədli