Bankomatdan istifadə üzrə ən təhlükəli ölkələr açıqlanıb

Bankomatdan istifadə üzrə ən təhlükəli ölkələr açıqlanıb

09-07-2019 19:27 / Bu xəbər 717 dəfə oxundu

ABŞ, Kanada, Böyük Britaniya, Hindistan və İndoneziya bankomatdan istifadə edənlər üçün daha təhlükəli ölkələr hesab olunur.

Bu barədə "Report"  Rusiya mətbuatına istinadən xəbər yayıb.

Məlumata görə, bu ölkələrdə bankomatdan pul çıxaran şəxslərin soyğunçuluq (skimminq) hallarına məruz qalması ehtimalı yüksəkdir. 

Skimminq bankomat vasitəsilə plastik kartın pin kodunu müəyyən etmək, eləcə də kartın surətini çıxarmaq üçün lazımi məlumatları oxumaqdan ibarət dələduzluq növüdür. 
Ekspertlərin fikrincə, kart istifadəçiləri özlərini qorumaq üçün kartı mümkün qədər gizli saxlamalı, pin kodu onun üzərinə yazmamalı, kodu yığarkən kənardan görünməsin deyə klaviaturanı əllə örtməli, hər bankomatdan istifadə etməməlidir. 

Məlumatda yay aylarında bank kartlarından oğurluq hallarının azalması, lakin kartını itirənlərin sayının artması da deyilir.